Əsas məzmuna keç

Sunsoft haqqında

Haqqımızda

Sunsoft brend, veb, marketinq, məzmun, süni intellekt və rəqəmsal məhsul xidmətlərini bir yerdə təqdim edən rəqəmsal agentlikdir. Azərbaycan bazarında fəaliyyət göstərən şirkətlərlə işləyirik.

Nə edirik

Şirkətlərin rəqəmsal mühitdə necə göründüyünü, necə tapıldığını və müştəri ilə necə ünsiyyət qurduğunu planlaşdırır və həyata keçiririk.

Bu iş brendin mövqeyini müəyyənləşdirməkdən başlayır və veb sayt, reklam kampaniyaları, məzmun istehsalı, iş proseslərinin avtomatlaşdırılması və fərdi rəqəmsal məhsulların hazırlanmasına qədər uzanır.

Niyə bir komanda

Brend, sayt və marketinq ayrı-ayrı podratçılara verildikdə hər biri öz hissəsini yaxşı edə bilər, amma nəticə bir-birinə bağlanmır. Mesaj saytda bir cür, reklamda başqa cür səslənir; ölçmə isə heç kimin məsuliyyətində olmur.

Biz bu hissələri bir planda birləşdiririk. Beləliklə hər iş eyni məqsədə xidmət edir və nəticəni bir yerdən izləmək mümkün olur.

Necə işləyirik

Hər layihə yazılı məqsəd və aydın həcmlə başlayır. Mərhələlərin sonunda hazır işi görür, qərarları birlikdə qəbul edirik.

Qiyməti və müddəti layihənin həcmi müəyyənləşəndən sonra konkret yazılı təkliflə bildiririk.

Prinsiplərimiz

  • Əvvəlcə məqsəd

    Dizayn və texnologiya seçimləri biznes məqsədinə xidmət etməlidir, əksinə yox.

  • Açıq ünsiyyət

    Nəyin, nə vaxt və niyə edildiyini sadə dillə izah edirik.

  • Ölçülə bilən nəticə

    Uğurun necə ölçüləcəyini işə başlamazdan əvvəl razılaşdırırıq.

  • Dürüst qiymətləndirmə

    Hansısa xidmət sizə lazım deyilsə, bunu açıq deyirik.

Tanış olaq

Layihəniz və ya sualınız varsa, bizə yazın.

Əlaqə